İKT Xəbərləri
DİN-də elektron xidmət sistemi yaxın müddətdə istifadəyə veriləcək
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə, lisenziya almaq və s. imkanlar yaradan, bütövlükdə isə 25 istiqaməti əhatə edən elektron xidmət sistemi yaxın müddətdə istifadəyə veriləcək. Bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib. Məruzənin mətni DİN-nin saytında yerləşdirilib.
Nazir həmçinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cərimələrin ödənilməsində məmur-vətəndaş əlaqələrinin maksimum azaldılması məqsədilə patrul avtomobillərində POS-terminalların, həmçinin sürücülər barədə məlumatların operativ əldə olunmasına imkan verən bort kompüterlərin quraşdırıldığını nəzərə çatdırıb.
http://www.mincom.gov.az