İKT Xəbərləri

 Əmmanda Azərbaycan-İordaniya birgə işçi qrupunun ilk iclası keçiriləcək

Bu gün İordaniyanın paytaxtı Əmmanda 12 oktyabr 2009-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasını təmin etmək məqsədilə yaradılmış birgə işçi qrupunun ilk iclası keçiriləcək.
Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti Əmmanda səfərdədir. İclasda iki ölkənin informasiya texnologiyaları sahəsində perspektivlərinin, eləcə də əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının müzakirəsi planlaşdırılır.

http://www.mincom.gov.az

 

 

buy cheap cigarettes online with debit card viagra online kauf cialis et levitra