Xəbərlər
Bakıda telekommunikasiya kabellərinin istehsalı müzakirə olunur
21-24 may tarixlərində Bakıda “İnterkabel” Beynəlxalq Assosiasiyasının 45-ci ümumi iclası keçirilir.
İclas çərçivəsində “Telekommunikasiya təyinatlı kabellər gələcəyin inkişaf perspektivləri” mövzusunda simpozium olub.
AzərTac-ın məlumatına görə, tədbirin açılışında çıxış edən “İnterkabel” Beynəlxalq Assosiasiyanın prezidenti İzyaslav Peşkov bildirib ki, iclasda 21 ölkədən 91 şirkətin nümayəndəsi iştirak edir. Natiq Azərbaycanın qeyri-neft sahəsinin potensialını yüksək qiymətləndirərək deyib ki, hazırda respublikada müasir avadanlıqlarla təchiz olunan iri və güclü zavodlar fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının fəaliyyəti ilə tanış olduğunu qeyd edən qonaq vurğulayıb ki, bu texnologiyalar parkı Avropanın ən iri parklarından hesab olunur.
Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov isə ölkənin qeyri-neft sənayesinin inkişafından danışıb. Qeyd olunub ki, hazırda Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının - Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Artıq fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında (STP) yaradılmış istehsal sahələrinin inkişaf etdirilməsi və yeni sahələrin yaradılması prosesi gedir. STP tərkibində fəaliyyət göstərən Kabel zavodu isə istehsal etdiyi məhsulların ixracına hazırlaşır.
Seminar çərçivəsində telekommunikasiya təyinatlı kabel istehsalı bazarının hazırkı vəziyyəti, “evə optika” layihələri üçün optik kabellər, istehsala nəzarət prosesi, bazar tendensiyaları və perspektivləri və digər məsələlərlə bağlı məruzələr dinlənilib.
http://mincom.gov.az/Xəbər 113 dəfə oxunub