Xəbərlər

Azərbaycan Belarusda TİBO-2013 sərgisində təmsil olunur

Azərbaycan nümayəndə heyəti aprelin 23-26-da Minskdə (Belarus) keçirilən TİBO-2013 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edir.

Təşkilatçısı qismində Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyinin çıxış etdiyi TİBO-nun məqsədi Belarusun sosial-iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə yardımçı olmaqdır.

Sərgidə 15 dünya ölkəsinin 300-dən çox şirkətinin məhsulları nümayiş olunur. İştirakçılar informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətləri üzrə innovasiya həllərini təqdim edirlər. Azərbaycan sərgidə ölkənin İKT sahəsinin son nailiyyətlərinin nümayiş olunduğu milli stendlə təmsil olunur.

http://mincom.gov.az/

Xəbər 18 dəfə oxunub