Xəbərlər

Bu gün Gəncədə nazirlə canlı görüş keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd edib ki, hazırkı il - “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır.

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar respublika ərazisində bu sahədə aparılan işlər daha da intensivləşib.

Belə ki, regionlarda bütün vətəndaşların informasiya -kommunikasiya texnologiyalarına əlçatanlılığını təmin etmək üçün zəruri addımların atılması başlıca məqsədlərdəndir. Bu məqsədlə cənab nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyyəti vətəndaşlarla görüşmək üçün regionlara səfəri başlayıb. Bu gün Gəncə Telekommunikasiya İdarəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gəncə-Qazax iqtisadi zonasının sakinləri ilə görüşür.

Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir və Goranboy rayonlarının sakinləri görüş üçün əvvəlcədən nazirin qəbuluna yazılıblar.

Qəbulda telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə narahatlıq doğuran məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilir.

Vətəndaşların qarşılaşdığı problemlər və onların həlli ilə bağlı göstərişlər verilir.

Qəbulda Aztelekom İB-nin fəaliyyət dairəsinə aid olan suallar əsasən yeni salınmış yaşayış massivlərinin telefon və genişzolaqlı internetlə təmin olnması barədədir və məsələnin ən qısa zamanda müsbət həllinə qərar verildi

Xəbər 55 dəfə oxunub