İKT Xəbərləri
Regionlarda İnternet istifadəçiləri üçün müjdə
“Aztelekom” İstehsalat Birliyi (İB) bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün nəzərdə tutulan layihənin icrasına başlamışdır.
“Azərbaycan Respublikasının regionlarında genişzolaqlı internet xidmətinin 2011-2013 –cü illər üzrə İnkişaf Konsepsiyası” na uyğun olaraq Aztelekom İB tərəfindən ADSL və digər şəbəkə avadanlıqları bir sıra bölgə mərkəzlərində ,eyni zamanda 236 kənddə quraşdırılmışdır.Yeni ADSL portları Ağdam, Ağstafa, Ağcabədi, Beyləqan, Cəlilabad, Lənkəran, Ucar, Xaçmaz, Quba, Qusar, Qəbələ, Şəki, Göy-göl, Qax, Balakən, Bərdə, Goranboy, Şəmkir, Tovuz, Qazax, İmişli, Şirvan rayonlarının mərkəzlərində və kəndlərində istismara verilmişdir.
“ Aztelekom” İB tərəfindən infrastrukturun yenilənməsi istiqmətində aparılan islahatlar 2012- ci ildə regionlarda genişzolaqlı internetin tətbiqində əsaslı dönüş yaradacaq və “Aztelekom. net” internet provayderinin istifadəçilərinin sayının dəfələrlə artırılması gözlənilir.