Sitemap Feedback

DIQQƏT

2011-ci il oktyabrın 18-də Azərbaycanın yenidən müstəqilliyə qovuşmasının 20 illik yubileyi qeyd olunacaq.
 
Məhz 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi başlayıb və bu gün də uğurla davam edir.
 
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.
 
1991-ci il dekabrın 29-da keçirilmiş referendumda səsverməyə dövlət müstəqilliyi haqqında konstitusiya aktı çıxarılmış və yekdilliklə qəbul edilmişdir.
 
Beləliklə, 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşüb. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.
 
1993-cü ilin ortalarında Azərbaycanda dərin siyasi böhran nəticəsində xalqın tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi.
 
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilib.
 
Müstəqillik tarixi üçün 20 il o qədər də böyük müddət olmasa da, bu illər ərzində çox böyük işlər
görülüb.
 
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası Azərbaycanın iqtisadi potensialının hərtərəfli inkişafının təməlini qoymuşdur. İqtisadiyyatın və sosial sahələrin modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı müstəqillik illərində geniş vüsət almışdır.
 
Ümummilli lider Heydər Əliyevin 17 fevral 2003-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” İKT-nin inkişaf etdirilməsi sahəsində dövlətin siyasəti, əsas məqsəd və vəzifələri və fəaliyyət istiqamətlərini müəyyən etmişdir.
 
Milli Strategiyanın həyata keçirilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq sahə üzrə normativ-hüquqi baza inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu yeni texnologiyaların tətbiqi ilə yenidən qurulmuş və genişləndirilmiş, sahəyə cəlb olunan investisiyaların həcmi artmış və yeni iş yerləri açılmışdır. 
 
Ölkənin bütün yaşayış məntəqələri telelefonlaşdırılmış və MDB ölkələri arasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılmışdır. İKT üzrə özəl sektorun fəaliyyəti ildən-ilə güclənmiş və hazırda bu sahədə əldə olunan gəlirin təqribən 80 %-i qeyri-dövlət müəssisələrinin payına düşür.
 
İnternetə qoşulma qiymətləri dəfələrlə azaldılmış və istifadəçilərin sayı ölkə əhalisinin 50 %-ni keçmişdir ki, onların da 30 %-dən çoxu genişzolaqlı xidmətlərdən istifadə edir.
 
Mobil telefon xidmətləri respublikamızda daim təkmilləşir və bu xidmətlərdən istifadə edənlərin sayı gündən-günə çoxalır və indi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür. Mobil operatorlar tərəfindən üçüncü nəsil (3G) mobil rabitə texnologiyasının respublikamızda tətbiqi həyata keçirilir.
 
AZTV proqramının əhali üzrə yayım əhatəsi 99,9%-ə, ictimai, özəl televiziya və radio proqramlarının yayımlarının əhatə dairəsi isə təxminən 70-80%-ə çatdırılmışdır. Rəqəmsal yayım ölkə əhalisinin 60%-dən çoxunun yaşadığı əraziləri əhatə edir və 2013-cü ilə qədər ölkəmizdə rəqəmsal yayıma tam keçidin təmin edilməsini nəzərdə tutulur.
 
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində ənənəvi poçt xidmətləri inkişaf etdirilmiş, yeni xidmətlərin, o cümlədən poçt-maliyyə xidmətlərinin göstərilməsinə başlanılmışdır.
 
Azərbaycan Hökumətinin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi bir çox mötəbər beynəlxalq qurumlar və dövlətlər tərəfindən dəstəklənmiş, onunla bağlı BMT-nin xüsusi qətnaməsi qəbul olunmuşdur. 
 
Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, yeni texnologiyaların tətbiqi, regional telekommunikasiyalar bazarına çıxışın təmin edilməsi və cəmiyyətin müasir xidmətlərə artan tələbatının ödənilməsi üçün milli telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması üzrə işlər aparılır.
 Əhalinin rabitə və informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq məqsədilə AzDATACOM və “Xalq kompüteri” layhələri həyata keçirilmiş, bölgələrdə müasir tələblərə cavab verən Regional İnformasiya Mərkəzləri yaradılmışdır.
 
Azərbaycanda elektron hökumətin formalaşdırılması və vətəndaşlara elektron xidmətlərin göstərilməsi ilə bağlı intensiv işlər aparılmış, o cümlədən elektron hökumət portalı yaradılmış və ölkədə elektron imzanın tətbiqinə başlanılmışdır.
 
İKT sahəsində beynəlxalq əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sahə üzrə bir sıra hökumətlərarası saziş, memorandum, protokol və müxtəlif təyinatlı sənədlər imzalanmış, çoxsaylı beynəlxalq biznes-forumlar, sərgi və konfranslar təşkil edilmişdir. Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir.
 
Hər il ənənəvi olaraq Bakıda “Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı keçirilir. Tanınmış İKT şirkətləri Microsoft, Cisco, IBM,  HP və digərləri ölkəmizdə nümayəndəliklərini açmış və fəaliyyətlərini genişləndirmişlər.
 
İKT sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə dünyanın tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr qurulmuş və “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən tələbələr göndərilmişdir.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə həyata keçirilən İKT siyasəti və onun ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramının reallaşdırılması Azərbaycanın yaxın gələcəkdə İKT sahəsində dünyanın qabaqcıl ölkələrinin sırasında olacağına zəmanət verir.  
 

“Aztelekom”  Istehsalat  Birliyi tərəfindən  son  20  il  ərzində  görülmüş  işlər

1992-ci il

Avqust ayında "Aztelekom" İstehsalat Birliyi  yaradılmışdır. Birlik öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan və Naftalan şəhər, həmçinin 52 rayon Telekommunikasiya Qovşağı), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS)  və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.

1993-cü il

            Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, “Aztelekom” İstehsalat Birliyində 2 000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6 150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası   yaradılmışdır.

1999-cu il

             TAE   Fiberoptik  kabel  magistralının  Azərbaycan  Seqmentlərinin tikintisinə başlanıldı.

2000-ci il

             ТАЕ  Fiberoptik  kabel  magistralının  Azərbaycan  Seqmentlərinin tikintisi  başa  catdırılaraq  istifadəyə  verildi.

2004-cü  il

•        Ələt-Şirvan-Hacıqabul   fiber-optik   kabel  magistralı  və  Xacmaz-Xudat-Nabran  fiber-optik  kabel  xəttinin  tikintisi   başa  catdırıldı.

•        Şirvan, Hacıqabul,   Xaçmaz, Xudat, Nabran  ATS-lərinin  Trans-Asiya-Avropa  fiber-optik   kabel   magistralının  Azərbaycan   seqmentlərinə   birbaşa   qoşulması   təmin  olundu.

•        «Aztelekom.net»  internet  provayderi   yaradıldı və   provayderin   respublikanın   6  bölgəsində – Gəncə,   Şəki,   Quba,  Lənkəran,  Mingəçevir  və  Sumqayıt   şəhərlərində  xidmət   mərkəzləri   istifadəyə   verildi.

 2005-ci il

•        Bakı   şəhərini,  Abşeron  və    Şamaxı   rayonlarını   əhatə   edən   CDMA  yeni   nəsil    rabitə   şəbəkəsi   təşkil  olundu.

•        Naftalan   və   Xızı   TKQ-lərin    TAE   fiber-optik   kabel   magistralına    birbaşa   qoşulması   ilə    belə   telekommunikasiya   qovşaqlarının  sayı    38-ə   çatdırıldı.

 2006-cı il

 •        Fiber-optik  kabel  magistralından  istifadə  etməklə Hacıqabul, Kürdəmir, Ucar, Yevlax telekommunikasiya  qovşaqları  arasında STM-1  səviyyəsində  transmissiya  qolunun  təşkili  təmin  olundu  və  bu  rayonlarda  İKT-nin  inkişafı  ücün  infrastruktur  yaradıldı.

•        Bölgələrdə genişzolaqlı  şəbəkə   xidmətlərinin     göstərilməsi  genişləndirildi,  ilk  dəfə  olaraq  Sumqayıt  şəhərində   İP-TV  xidmətinin  göstərilməsinə  başlanıldı.

•        Respublikanın  regionlarında  coğrafi  mövqeyi  kabel  vasitəsilə   telefonlaşma  üçün  çətinlik  yaradan  yaşayış  məntəqələrinin  peyk  avadanlıqları  vasitəslə  telefonlaşdırılması işlərinə start  verildi. 

•        Quba  rayonunun  Xınalıq  kəndinə  fiber-optik  kabelin  çəkilişi  təmin  olundu.

•        Xınalıq  kəndində  128 nömrə  tutumlu  elektron  ATS  quraşdırılaraq  istifadəyə  verildi.  

 2007-ci il

•        «Elektron  Azərbaycan»ın  kiçik  modeli  kimi reallaşdırılmış  «Elektron  Şamaxı»  layihəsi  başa  çatdırıldı. Şamaxı  rayon  mərkəzində  və  rayonun  kənd  yaşayış  məntəqələrində  ən  müasir  tələblərə  cavab  verən  rabitə  şəbəkəsi quruldu.  

•        Daha 6  rayonun  mərkəzi  ATS-i  TAE  fiber-optik  kabel  magistralının  Azərbaycan  seqmentlərinə  birbaşa  qoşuldu.

2008-ci il

•        MDB  ölkələri arasında  1-ci olaraq  ölkənin  bütün  yaşayış  məntəqələri  telefonlaşdırıldı.

•        587  yaşayış  məntəqəsində  peyk  terminalları quraşdırıldı,  bu  məntəqələr  peyk  rabitəsi  avadanlıqları  vasitəsilə  telefonlaşdırıldı.

•        29  rayonun  83  yaşayış  məntəqəsində  mini  EATS-lər  quraşdırıldı  və  peyk  rabiətsi  avadanlıqları  ilə  şəbəkəyə  qoşuldu.

  2009-cu  il

•        Abşeron  rayon  telefon  şəbəkəsi  NGN  texnologiyası  əsasında  yenidən  quruldu. Şəbəkənin  tutumu  75% artırıldı. 

2010-cu  il

•        500 km  uzunluğunda  fiber-optik  kabel  magistralları  və  birləşdirici  xətlər  tikildi. Bütün  ryonların  mərkəzi  ATS-ləri   TAE  fiber-optik  kabel  magistralının     Azərbaycan  seqmentlərinə  birbaşa  qoşuldu.

•        Sumqayıt  və  Gəncə  şəhərlərinin,  Göycay  rayonunun  telfon  şəbəkələri,  Kürdəmir  və  Salyan  rayonlarının  mərkəzi  ATS-ləri  NGN  texnologiyası  əsasında  yenidən  quruldu.

•        Şəbəkədə  olan  bütün  analoq  tipli  ATS-lər  tam rekonstruksiya olundu.