Sitemap Feedback

  03.02.2010 
Yanvar ayında 81 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən 2010-cu ilin yanvar ayı ərzində iş planına, və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 37 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 81 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 19 ədədi möhürlənib, 62 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı inzibati xətalar məcəlləsinin pozulması barədə 7 protokol yazılıb, müvafiq hüquqi tədbirlər görülüb.

http://www.mincom.gov.az/