Sitemap Feedback

  29.01.2010 
Microsoft-un mənfəəti Windows 7 hesabına artmaqdadır


Dünyanın ən iri proqram təminatı istehsalçısı Microsoft şirkəti bəyan edib ki, 2009-2010-cu maliyyə ilinin ikinci rübünün yekunlarına görə, onun təmiz mənfəəti Windows 7 stolüstü əməliyyat sisteminə olan “görünməmiş” tələbat hesabına analitiklərin bütün proqnozlarını geridə qoyub.

Belə ki, hesabat rübü ərzində Microsoft-un təmiz mənfəəti ötən ilin həmin dövrü ilə müqayisədə nə az nə çox düz 60% artaraq 6,7 milyard ABŞ dolları təşkil edib. Şirkətin mədaxili isə bir il bundan əvvəl əldə olunan göstəricilərlə müqayisədə 13% yüksələrək 19,2 milyard dollar olub, BBC yazır.

Microsoft tərəfindən cari hesabatın təqdim olunmasından sonra şirkətin səhmlərinin dəyəri Nyu-Yorkdakı birjada 6% yüksələ bilib.

http://www.mincom.gov.az/