Sitemap Feedback

  26.01.2010 
RİTN-də fəxri adların verilməsi mərasimi keçirilib


Yanvar ayının 23-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən rabitə və informasiya texnologiyaları sahəsinin bir sıra işçisinə fəxri adların verilməsi mərasimi keçirilib.

Dövlət başçısının sərəncamlarına əsasən ümumi 2008-2009-cu illər üzrə 67 nəfər fəxri adlarla təltif olunub. Onlardan 3-ü “Şöhrət” ordeni, 5-i “Dövlət qulluğunda fərqlənməyə görə”, 33-ü “Tərəqqi” medallarına layiq görülüblər.

“Əməkdar mühəndis” adı 18 nəfərə, “Əməkdar müəllim” adı 4 nəfərə, “Əməkdar elm xadimi” adı bir nəfərə verilib.

Bundan əlavə rabitə və informasiya texnologiyaları sahəsinin daha üç işçisinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri təqdim olunub.

Mükafatlandırılmış şəxslər öz minnətdarlığını bildirərək dövlətin, xüsusən də ölkə Prezidentin İKT sahəsinə göstərdiyi diqqət və qayğını qeyd ediblər və bu istiqamətdə gələcəkdə də uğur qazanılacağında əminliklərini bildiriblər.

http://www.mincom.gov.az/