27.01.2009 İNFORMATİKA MÜƏLLİMLƏRİ ÜÇÜN QAXDA KEÇİRİLƏN TƏDRİS KURSLARININ BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR Bakı, 27 yanvar (AzərTAc). İnformatika müəllimləri üçün Qaxda keçirilən tədris kurslarının birinci mərhələsi başa çatmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkil etdiyi kurslarda 62 müəllim iştirak etmişdir. Təlimlərin 2-ci mərhələsinin cari ilin martında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl informatika müəllimləri üçün tədris kursları Goranboy və Tərtərdə təşkil olunmuşdur. Təlim kursları “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində regionlarda rəqəmsal geriliyin aradan qaldırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində milli kadrların hazırlanması məqsədi ilə təşkil edilir. |