28.04.2008 “XALQ KOMPYUTERİ” LAYİHƏSİ İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR AzərTAc xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Xalq kompyuteri” layihəsi üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir. Nazirlikdən bildirmişlər ki, “Microsoft” və “İntel” şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə layihənin təxmini xərcləri və icra mexanizmi müzakirə edilmişdir. “Xalq kompyuteri” layihəsinin məqsədi əhalini güzəştli şərtlərlə kompyuterlə təmin etmək, bu sahədə yerli istehsalı genişləndirməkdir. Layihə kompyuterlərin istehsalının yerli şirkətlər tərəfindən həyata keçirilməsini, bütün kompyuterlərin lisenziyalı proqramla təmin olunmasını nəzərdə tutur. |