Sitemap Feedback

  09.04.2008 
Microsoft yeni kompüter erasının başlanması barədə qabaqcadan xəbər verib


12 ildən sonra kompüterlər insanların tələbatlarını təyin edə biləcəklər, bu barədə Microsoft şirkətinin tədqiqat qrupu tərəfindən hazırlanmış Human-Computer Interaction in the year 2020 məruzəsində deyilir.

2020-ci ildə bəşəriyyətin dördüncü kompüter erasına daxil olması gözlənilir. Burada bir istifadəçiyə bir neçə kompüter düşəcək. Microsoft-un təsnifatına əsasən digər üç kompüter erası – universal elektron hesablayıcı maşın erası, personal kompüterlər erası və mobil qurğular erası adlandırılır, Lenta yazır.
Sadə əldə olunan yaddaş, insanlara, onların gündəlik həyatlarının daha çox anları barədə məlumat saxlamağa imkan yaradacaq. Rabitənin gələcək inkişafı nəticəsində insanlar arasında əlaqələr asanlaşacaq, stasionar telefonlar isə tam unudulacaq.

Robototexnika sahəsində inkişaf qurğuların müstəqil şəkildə qərar qəbul etmələrinə gətirib çıxaracaq. Bu səbəbdən də sistem üzərində daimi sürətdə nəzarətin həyata keçirilmədiyi halda, insanlar gələcəkdə ətraf mühitə nəzarətin itirilməsi təhlükəsi ilə qarşılaşa bilərlər.

Məruzənin müəllifləri həmçinin hesab edirlər ki, yeni texnologiyaların köməyi ilə bir çox materiallardan ekranlar istehsal etmək imkanı əldə olunacaq ki, bunun nəticəsində isə ənənəvi qəzet və jurnallar yeni material, yəni elektron kağız üzərində buraxılacaq.

http://www.mincom.gov.az