Sitemap Feedback

  07.04.2008 
GƏNCƏDƏ REGİONAL RABİTƏ BİRLİYİNİN TƏDBİRLƏRİ KEÇİRİLƏCƏKDİR


Aprelin 9-10-da Gəncədə Regional Rabitə Birliyinin (RRB) Elektrorabitə Operatorları Şurasının və Elektrorabitə üzrə komissiyasının 22/18-ci birgə iclası keçiriləcəkdir.

Ukrayna, Moldova, Belarus, Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov başçılıq edəcəklər.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, iclasda Regional Rabitə Birliyinə daxil olan ölkələrin milli operatorlarının təcrübə mübadiləsi aparılacaq, mövcud problemlərin həlli yolları müzakirə olunacaqdır.

Tədbirdə dövlətlərarası istiqamətlərdə şəbəkələrin möhkəmliyinin və davamlılığının artırılması, qarşılıqlı fəaliyyət göstərən rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi, yeni elektrorabitə xidmətlərinin tətbiqinə dair təkliflərə baxılacaq, cari məsələlər müzakirə ediləcəkdir.