29.01.2008 Informasiya texnologiyaları üzrə yeni layihələr həyata keçiriləcəkdir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu il informasiya texnologiyaları üzrə tədbirlər davam etdiriləcək, yeni layihələr həyata keçiriləcəkdir. Nazirlik bütün ailələrin telefonla təmin edilməsi, paytaxtla yanaşı regionlarda da müasir texnologiyaların tətbiqini planlaşdırır. “Elektron idarə”, Regional İnnovasiya Zonası, milli rabitə peykinin buraxılmasını nəzərdə tutan “AzərSat”, ölkədə internetin yayılmasına kömək edəcək “Xalq kompyuteri” və digər layihələr həyata keçiriləcəkdir. Ölkədə radiodalğa spektrinin monitorinqi, rabitə bazarının özəlləşdirilməsi və s. işlər görüləcəkdir. |