Sitemap Feedback

  28.01.2008 
2009-2012-Cİ İLLƏR ÜÇÜN RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAFI ÜZRƏ DÖVLƏT PROQRAMI HAZIRLANACAQDIR


AzərTAc xəbər verir ki, 2009-2012-ci illər üçün Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı hazırlanacaqdır.
Bu barədə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Rüfət Gülməmmədov bildirmişdir ki, Dövlət Proqramının layihəsini hazırlayacaq işçi qrupu yaradılır. Proqramın ilkin variantı üzərində iş üç ayadək davam edəcəkdir.
Bundan əvvəl hazırlanıb təsdiq edilmiş birinci Dövlət Proqramı (Elektron Azərbaycan) 2005-2008-ci illəri əhatə edir.