Sitemap Feedback

  28.01.2008 
Azərbaycanla İsveçrə Konfederasiyası arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb


Davosda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İsveçrə Konfederasiyasının Ətraf Mühit, Nəqliyyat, Energetika və Kommunikasiya Federal Departamenti arasında “Rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, İsveçrə tərəfdən isə Ətraf Mühit, Nəqliyyat, Energetika və Kommunikasiya Federal Departamentinin rəhbəri Moris Leyenberqer imzalayıblar.

Qeyd olunan sənəddə Avropa və Asiya arasında yüksək sürətli informasiya magistralının yaradılmasında Azərbaycanın aparıcı rolu göstərilir.

Bundan əlavə, imzalanmış Memorandumda İsveçrə ilə Azərbaycan arasında poçt sisteminin müasirləşdirilməsi, inkişafı və informasiya texnologiyaları sahəsində əməkdaşlıq öz əksini tapıb.