Sitemap Feedback

  24.01.2008 
Berndə ÜPİ-nin sessiyası başlayır


Bu gün İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt İstismarı Şurasının növbəti sessiyası öz işinə başlayır. Sessiyada həmçinin Azərbaycanın Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin nümayəndələri də iştirak edir. Bu sessiya ÜPİ-nin cari ilin avqust ayında keçiriləcək növbəti Nayrobi (Keniya) Konqresindən əvvəl olan son sessiyadır. Burada əsasən həmin konqresin hazırlıq məsələləri müzakirə olunacaq. Sessiya cari ilin fevral ayının 8-dək davam edəcək. Xatırladaq ki, sessiyadan əvvəl, yanvar ayının 16-dan 23-dək ÜPİ-nin bir sıra digər qrup və komissiyalarının toplantıları keçirilib. Nazirliyinin nümayəndələri bu toplantılara da qatılıblar. Qeyd edək ki, tədbir ərəfəsində Azərbaycanın poçt markalarının sərgisinin təşkil ediləcəyi nəzərdə tutulub.