Sitemap Feedback

  23.01.2008 
ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycanda İKT-nin inkişafından məmnundur


Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yanvar ayının 22-də ABŞ Dövlət Departamentinin biznes və ticarət əlaqələri üzrə xüsusi nümayəndəsi Frenk Mermudu qəbul edib.

Görüşdə ABŞ Dövlət Departamenti ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında mövcud olan əməkdaşlıq haqqında memoranduma əsasən qarşılıqlı əlaqələr müzakirə edilib, bu ilin aprel ayında ABŞ-da keçiriləcək Azərbaycan-Amerika iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında İKT sahəsi üzrə müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.

F.Mermud Azərbaycanda İKT-nin dinamik inkişafından məmnun olduğunu bildirərək, bu sahədə həyata keçiriləcək layihələrlə maraqlanıb.

Ə.Abbasov Azərbaycanda neft sektorundan sonra ikinci prioritet sahə elan olunan İKT sahəsində son vaxtlar görülən işlər barədə qonaqa ətraflı məlumat verib.

Söhbət zamanı tərəflər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti bir daha qeyd edilib.
Qeyd edək ki, görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Dersi və səfirliyin əməkdaşları da iştirak edib.