07.02.2007 Bakıda «Peyk texnologiyalarının müasir vəziyyəti və perspektivləri» mövzusunda seminar keçirilib Bakıda «Peyk texnologiyalarının müasir vəziyyəti və perspektivləri» mövzusunda seminar keçirilib Bakıda səfərdə olan Keçmiş SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru, Rusiya Milli Elmlər Akademiyasının həqiqi üzvü, ABŞ-ın Merilend Universitetinin professoru Roald Saqdeyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində «Peyk texnologiyalarının müasir vəziyyəti və perspektivləri» mövzusunda seminar keçirib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda R.Saqdeyevin peyklərin istehsalı, orbitə buraxılması, müasir telekommunikasiya sistemlərində istismarı və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi haqqında təqdimatı dinlənilib. Seminarda RİTN-nin nümayəndələri ilə yanaşı, Milli Elmlər Akademiyası, Mili Aviasiya Akademiyası, Ali Diplomatiya Akademiyası, Milli Aerokosmik Agentliyinin rəhbərləri, bir qrup alim və mütəxəssislər də iştirak ediblər. |