Sitemap Feedback

  17.12.2007 
Kubanın “AVENTE” İnformatika Agentliyinin baş direktoru Bakıda səfərdədir


Kuba Respublikasının Rabitə və İnformatika Nazirliyi yanında “AVENTE” İnformatika Agentliyinin baş direktoru Jorge Luis Oliva Martin Bakıda səfərdədir.

Bu gün qonaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bir sıra görüşlər keçirəcək, həmçinin , nazir Əli Abbasovla görüşü də nəzərdə tutulub. Görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində münasibətlərinin müzakirəsi, əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Jorge Luis Oliva Martinin səfəri dekabrın 18-dək davam edəcək.