14.12.2007 Informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə göstəricilər yüksəlib İnformasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə göstəricilər əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildiriblər ki, hazırda respublikada hər 100 nəfər əhaliyə düşən telefon aparatlarının sayı təxminən 15 ədəd, mobil telefonların sayı 50, ATS-lərin elektronlaşdırılması səviyyəsi ölkə üzrə 76,7 faiz, o cümlədən Bakı şəhəri üzrə 83,8 faiz, regionlar üzrə 69,8 faiz təşkil edir. |