Sitemap Feedback

  05.02.2007 
Vista hakerlərin qarşısını almaq üçündür


Bütün dünyada ən geniş istifadə olunan Microsoft Windows əməliyyat siteminin yeni versiyası satışa çıxarılıb.

Vista adlanan yeni versiya kompüterlərin hakerlərə qarşı müdafiə sistemini keçmiş XP sistemi ilə müqayisədə xeyli artırıb. Vista biznes dairələrinə artıq ötən noyabrdan satılırdı, indi isə fərdi istifadəşilər üçün pərakəndə satışa çıxarılıb.

BBC-nin iqtisadiyyat üzrə təhlilçiləri bildiriblər ki, ekspertlər yeni sistemi o qədər də böyük ruh yüksəkliyi ilə salamlamayıblar.

Bununla belə onların fikrincə, yeni kompüter dəsti alanlar bu sistemi də qəbul etməli olcaqlar. Microsoft şirkətinin sədri Bill Gates Londonda çıxış edərək deyib ki, yeni sistem daha əsaslı yeniliklərə zəmin olacaq.

O deyib ki, Windows Vista şirkətə keyfiyyətcə yeni səviyyəyə qalxmaq imkanı verəcək. "Odur ki, biz yeni sistem barədə danışarkən" - deyib cənab Geyts, - heç də təkcə internet yox, həm də pəqəmli iş üslubu və rəqəmli həyat tərzindən danışırıq". Yeni sistem elə bir inqilabi dəyişiklik yaradacaq ki, biz, necə deyərlər "21 əsrin faylı"nı əldə etmiş olacağıq."