29.11.2007 YUNESKAP-LA İNFORMASİYA –TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan BMT-nin Asiya və Sakit okean hövzəsi ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (YUNESKAP) informasiya-kommunikasiya texnologiyaları (İKT) siyasətinə dair şöbə müdiri Dayvon Çai ilə görüşmüşdür. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanda İKT sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilmiş, hər sahədə yeni texnologiyaların tətbiqinin vacibliyi vurğulanmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə YUNESKAP arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Tərəflər yaxın gələcəkdə komissiyaya daxil olan ölkələrin nazirlərinin «Bilik iqtisadiyyatı: informasiya cəmiyyəti» mövzusunda keçiriləcək toplantısına aid məsələləri də müzakirə etmişlər. |