Sitemap Feedback

  27.11.2007 
"İNTERSPUTNİK" Beynəlxalq kosmik rabitə təşkilatının İstismar komitəsinin sessiyası başa catıb


Moskva şəhərində keçirilən "İNTERSPUTNİK" Beynəlxalq kosmik rabitə təşkilatının İstismar komitəsinin 6-cı sessiyası başa çatıb.

Sessiyanın gedişində "İNTERSPUTNİK" BKRT-nin cari fəaliyyəti və inkişaf perspektivləri ilə əlaqədar geniş əhatəli məsələlərə baxılıb. Təşkilata məxsus tezlik-orbital resurslarının perspektiv inkişafına xüsusi diqqət yetirilib. Gündəliyin bu məsələsinin müzakirəsi çərçivəsində İstismar komitəsi tərəfindən "İNTERSPUTNİK" BKRT-nin tezlik-orbital resurslarının inkişafı Strategiyası" təsdiq olunub, həmçinin məsələ ilə əlaqədar digər qərarlar qəbul edilib. İstismar komitəsi "İNTERSPUTNİK" BKRT-nin fəaliyyətini tənzimləyən əsas sənədlərdən biri olan İstismar müqaviləsinə düzəlişləri müzakirə edib və bəyənib. Bu düzəlişlər Təşkilatın Şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Azərbaycanı sessiyada Рабитя вя Информасийа Технолоэийалары Назирлийинин strateji planlaşdırma və elmi potensial şöbəsinin əməkdaşı Rövşən İbrahimov təmsil edib.

İstismar komitəsinin növbəti 7-ci sessiyası və "İNTERSPUTNİK" BKRT-nin XXXVI sessiyasi 2008-ci ilin aprel ayında Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək.