02.11.2007 BELARUS İLƏ İKT ÜZRƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUSDUR Belarus Respublikasının keçmiş rabitə naziri Vladimir Qonçarenkonun Bakıya səfəri çərçıvəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) görüş keçirilmişdir. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən tədbirlər, layihələr və perspektivlər barədə məlumat verilmiş, iki ölkə arasında əməkdaşlıq məsələləri muzakirə olunmuşdur. Səfər çərçivəsində V.Qonçarenko RİTN-nin istehsalat birliklərinin baş direktorları ilə də ikitərəfli görüşlər keçirmişdir. V.Qonçarenko Belarusun "Svyazinformservice Gmbh" şirkətinin idarə heyətinin üzvüdür. |