Sitemap Feedback

  01.11.2007 
Noyabrın 7-si “Rabitə Dünyasi” qəzetinin 15 yaşi tamam olur


Noyabr ayının 7-də Rabitə və İnformasiya Texnologiyalarının mətbu orqanı olan “Rabitə Dünyası” qəzetinin 15 yaşı tamam olur.

“Rabitə dünyası” qəzeti 1992-ci ildə yaradılıb, həmin il noyabr ayının 7-də ilk nömrəsi dörd səhifədən ibarət olmaqla işıq üzü görüb və həftədə bir dəfə dərc edilib.

Qəzetin səhifələrində Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, baş verən yeniliklər, mövcud problemlər, respublikanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı, beynəlxalq rabitə sistemi, İKT sahəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar, forumlar və digər tədbirlər haqqında müəllif yazılarını və digər aktual məsələləri əhatə edən mütəxəssis yazılarını oxumaq olar.
Qəzet hal-hazırda 24 səhifə olmaqla, Azərbaycan, ingilis və rus dillərində həftədə bir dəfə dərc edilir.