Sitemap Feedback

  30.10.2007 
Nazir Əli Abbasov Xırdalan şəhərində poçt şöbəsinin açılış mərasimində iştirak edib


Dünən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Xırdalan şəhəri 1 saylı poçt şöbəsinin açılış mərasimində iştirak edib.

Müasir standartlara cavab verən yüksək səviyyədə tikilmiş poçt şöbəsi müasir avadanlıqlarla tam təchiz olunub. Ə.Abbasov ölkə Prezidentinin regionların sosial iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq ölkəmizdə gedən surətli inkişafdan, o cümlədən poçt sahəsində gedən surətli inkişaf haqqında məlumat verib. Abşeron poçt filialının fəaliyyətindən söz açan nazir əvvəlki illərlə müqayisədə, yeni iş yerlərinin açıldığını, işçilərin sayının 81 nəfərə çatdığını, 2007-ci ilin aprel ayında Abşeron poçtamtının mənfəətlə işlədiyini, tarif gəliri proqnozunun artıqlaması ilə yerinə yetirdiyini,orta aylıq əmək haqqının 112 manat, yüksək əmək haqqının 237 manata çatdırıldığını vurğulayıb.
Tədbirin sonunda yeni tikilmiş poçt şöbəsinə baxış keçirilib.