29.10.2007 Əhaliyə rabitə sahəsində 505 milyon manatlıq xidmət göstərilib Bu xidmətin 70 faizi, yəni 376 milyon manatı mobil rabitənin payına düşür. Azərbaycanda rabitə sahəsində əldə edilən gəlirlərin əksəriyyəti mobil operatorların payına düşür. Dövlət statistika komitəsinin verdiyi məlumata görə, 2007- ci ilin yanvar-sentyabr aylarında rabitə sektorunda 504,7 milyon manatlıq xidmət göstərilib ki, bu da 2006-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. Gəlirlərin 70,6 faizi isə mobil rabitə operatorlarının göstərdiyi xidmətdən əldə olunub. Bu göstərici ötən ilin analoji dövründən 38,2 faiz çoxdur. Bu xidmətlərdən 74,6 faiz göstərici ilə daha çox əhali qrupu istifadə edib. Onlara ümumilikdə 376,5 milyon manatlıq xidmət göstərilib. |