Sitemap Feedback

  10.10.2007 
“Kür” zavodunun məhsullari ixrac olunacaq


"Kür" Elektron Avadanlığı İstehsalı” MMC-dən AzərTAc-a bildiriblər ki, müəssisə yaxın vaxtlarda öz məhsullarını xarici ölkələrə ixrac etməyi nəzərdə tutub. Bunun üçün kompyuterlərin uyğunluq, beynəlxalq keyfiyyət və beynəlxalq etiket sertifikatlarının alınması vacib şərtlərdəndir. Müəssisə artıq uyğunluq və keyfiyyət sertifikatlarını əldə edib. Növbəti sertifikatlaşmanın isə Moskvada fəaliyyət göstərən şirkətlərdən birində həyata keçirilməsi gözlənilir.

“Kür”ün məhsulları Avropa ölkələrinə, MDB məkanında isə hələlik Gürcüstan, Qazaxıstan və Özbəkistan bazarlarına çıxarılacaq. Müəssisənin rəhbərliyi artıq Fransa və Rumıniyadan ixracla bağlı təkliflər alıb.