Sitemap Feedback

  08.10.2007 
Sabah Bakıda İƏT ölkələrinin Poçt İdarələrinin 4-cü toplantısı başlanacaq


Sabah Bakıda İƏT ölkələrinin Poçt İdarələrinin 4-cü toplantısı başlanacaq

Sabah Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Poçt İdarələrinin 4-cü toplantısı başlanacaq. Toplantıda Pakistan, Türkiyə, İran, Qazaxstan, Tacikistan, Özbəkistan nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Tədbirdə iştirakçı nümayəndə heyətlərinin başçıları ölkədə poçt xidmətləri sahəsinin inkişafı və İƏT ölkələrinin Poçt idarələrinin 1-ci, 2-ci və 3-cü toplantılarında qəbul olunmuş qərarların icrası haqqında məruzələrlə çıxış edəcəklər.

Bundan əlavə, tərəflər İƏT ölkələri regionunda telekommunikasiya və poçt rabitəsinin Inkişafı Planına müvafiq olaraq, bu ölkələrin poçt rabitəsinin əməkdaşlığı haqqında məsələləri müzakirə edəcəklər.
Həmçinin toplantıda poçt xidmətlərinin inkişafında özəl sektorun rolunun gücləndirilməsi, maliyyə xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, birgə kursların və simpoziumların keçirilməsi, İƏT-nın üzv-ölkələrinin poçt vebsaytının müasirləşdirilməsi və yeniləşdirilməsi işində koordinasiyaya dair məsələlərin müzakirə olunması planlaşdırılır. Eləcə də tədbirdə İƏT ölkələrində İKT sektorunun və elektron poçt xidmətlərinin inkişafına və ümumi filateliya sərgisinin təşkil olunmasına dair məsələlərə toxunması gözlənilir.

Tədbir oktyabrın ayının 10-da başa çatacaq.