Sitemap Feedback

  04.10.2007 
İstanbul şəhərində İKT üzrə “CeBİT Bilişim Eurasia” beynəlxalq sərgisi keçirilir


İstanbulda informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə “CeBİT Bilişim Eurasia” beynəlxalq sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sektor müdiri İsfəndiyar Əliyev təmsil edir. Bu barədə məlumatı AZADİNFORM-a RİTN-dən veriblər. Oktyabrın 7-dək davam edəcək sərgi üç bölmədə keçiriləcək. Bunlar “Business World” (Biznes dünyası), “Digital Life” (Rəqəmsal həyat) və “Telecommunications”dur (Telekommunikasiyalar). Qeyd edək ki, “CeBİT Bilişim Eurasia” sərgisi İKT nailiyyətləri üzrə böyüklüyünə görə dünyada 6-cı yeri tutur.