Sitemap Feedback

“Aztelekom” İstehsalat Birliyi Şəmkir Telekommunikasiya Qovşağında vakant olan baş mühəndis vəzifəsini tutmaq üçün müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyənlər 15.02.2007-ci il tarixədək aşağıdakı sənədləri “Aztelekom” İstehsalat Birliyinin kadrlar və ixtisasartırma şöbəsinə təqdim etməlidirlər:

  • Kadrların şəxsi uçot vərəqi (4x6 sm ölçüdə şəkil ilə birlikdə)
  • Tərcümeyi-hal
  • Ali və ya orta ixtisas təhsili barədə diplomun surəti (rabitə və informasiya texnologiyaları ixtisası mütləqdir)
  • Əmək kitabçasının surəti
  • Şəxsiyyət vərəqəsinin surəti

Şəmkir rayonunda yaşayanlara və rabitə sahəsində 5 ildən çox əmək stajı olan mütəxəssislərə üstünlük veriləcəkdir.

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 3166 (20 Yanvar metrostansiyasının yanı)
Əlaqə telefonu: 430-26-04