Tenderlər
AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ «AZTELEKOM» İSTEHSALAT BİRLİYİ «aztelekom.net» İSP-nin MƏRKƏZİ AVADANLIQLARININ GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ
AÇIQ TENDER ELAN EDİR
1. İddiaçılar tenderdə iştirak etmək ücün ilkin sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 30.11.2011-ci il tarixə saat 17-00-a qədər, tender təkliflərini, iş qrafikini və bank zəmanətini ikiqat zərfdə imzalanmış möhürlənmiş şəkildə (1 nüsxə əsli, 2 nüsxə surəti), Tender Komissiyasına 08.12.2011-ci il tarixə saat 1700-a qədər Bakı şəhəri Tbilisi pr, Məhəllə 3166 ünvandakı «Aztelekom» İB-nin Maliyyə, İqtisadi təhlil və İnvestisiya şöbəsinin Maliyyə Sektoruna təqdim etməlidirlər. Göstərilən müddətdən sonra daxil olan təkliflər qəbul olunmayaraq geri qaytarılacaq.
2. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən Podratcı Təşkilat Tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:
2.1.Tenderdə iştirak etmək ücün ərizə;
2.2. Tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2.3. Tender təklifi;
2.4. Podratcı Təşkilat haqqında tələb olunan sənədlər:
2.4.1. Podratcı Təşkilatın tam adı, hüquqi statusu, qeydiyyatdan kecdiyi ölkə və rekvizitləri.
2.4.2. Podratcı Təşkilatın ixtisas göstəricilərinə dair məlumat, sertifikat.
2.4.3. Podratcı Təşkilatın son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Tenderə təqdim olunan təkliflərin qüvvədə olma müddəti zərflərin acıldığı tarixdən etibarən ən azı 30 bank günü müəyyən edilir.
İddiacının Tender təklifinin təminatının qüvvədə olma müddəti təkliflər olan zərflər açıldığı gündən ən azı 60 bank günü və təklifin qiymətinin ən azı 2 (iki) %-ni təşkil edən məbləğdə bank qarantiyası kimi müəyyən edilir.
3. Hər bir iddiaçı Tenderdə iştirak haqqı kimi 1000 manat məbləğində pul vəsaitini və ya ekvivalent olaraq ABŞ dolları aşağıdakı bank hesablarının birinə köcürməlidir:
Kapital bankın Rabitə filialı
Kod-200189
M/H-0137010001944
VÖEN-9900003611
S.W.İ.F.T BİK Aİİ BAZ 2x
Valyuta hesabı
«Aztelekom» İB
VÖEN-9900038501
Hesab N-si 33060019441800212118
Tenderdə iştirak haqqı hec bir halda geri qaytarılmır.
4. Tender predmetinin adı: «AZTELEKOM» İSTEHSALAT BİRLİYİ «aztelekom.net» İSP-nin MƏRKƏZİ AVADANLIQLARININ GENİŞLƏNDİRİLMƏSİ.
5. Tender predmetinin icra yeri: «Aztelekom» İB.
6. Tender predmetinin icra müddəti - yekun müqaviləyə müvafiq olaraq başa catdırılmalıdır.
7. Üstünlük verilən kriteriyalar: Texniki şərtlərin tam yerinə yetirilməsi, müasir avadanlıq təklifi, aşağı qiymətlərlə işlərin yerinə yetirilməsi, avadanlıqlar və mal-materialların uyğunluq sertifikatının olması, işin qısa müddətdə başa catdırılması, idarəetmənin etibarlı olması və istismarın asan olması, təminatın verilməsi və uzun müddətli kreditlə avadanlıqların verilməsi və s.
8. Tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəaları əsasında kecirilir.
9. Tender zərfləri 09.12.2011-ci il tarixdə saat 1200-da «Aztelekom» İB-də acılacaqdır.
10. Tender proseduru barədə əlavə məlumatları və sənədləri «Aztelekom» İB-nin Maliyyə, İqtisadi təhlil və İnvestisiya şöbəsinin Maliyyə sektorundan (344-00-00 daxili 2-85) ala bilərlər.
Tender Komissiyası