
"Aztelekom" İstehsalat Birliyi bir sıra xarici ölkələrə "İP telefoniya" üzərindən 25%+25% güzəştli beynəlxalq telefon danışıqları təklif edir. Belə ki, "İP telefoniya" xidmətindən istifadə edənlər adi günlərdə 25%, axşam saatlarında (22:00-dan 07:00-dək), bazar və bayram günlərində isə bütün gün ərzində daha 25% güzəştli beynəlxalq telefon danışıqları apara bilərlər.
"İP telefoniya" üzərindən beynəlxalq istiqamətlərə yığım "000" kodu ilə aparılır, məsələn,
Rusiya Federasiyasının Moskva şəhərinə "İP telefoniya" üzərindən yığım 0-00 7 095 xxx xx xx kimi aparılır ki, burada
- 0 – şəhərlərarası və beynəlxalq çıxış kodu
- 00 - "İP telefoniya" üzərindən çıxış kodu
- 7 – Rusiya Federasiyasının ölkə kodu
- 095 – Moskva şəhərinin kodu
- xxx xx xx – yığılan abunəçinin telefonu
Daha ətraflı məlumatı 443 49 49 saylı telefonla almaq olar.
