|
Quliyev Orucəli Baxşəli oğlu 1922-ci ildə Lənkəran rayonu Stamurda kəndində anadan olmuşdur. Orta təhsillidir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1941-45-ci il müharibəsində «Almaniya üzərində qələbə» və «Qələbənin 20 illiyi» medalları ilə təltif olunmuşdur. 1958-1997-ci illərdə Lənkəran TKQ-da xəzinədar vəzifəsində işləmişdir. 2004-cü ildə Lənkəran şəhərində vəfat etmişdir. |
|
Hüseynov Mirzəhüseyn Ağababa oğlu 1919-cu ildə Lənkəran rayonun Viyən kəndində anadan olub. Orta təhsillidir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1941-45-ci illərdə Krasnodar vilayətinin Yelski şəhərindən başlayaraq Moqilyev, Moskva, Minsk, Kiyev, Varşava, Berlin şəhərlərinin azadlığı uğrunda vuruşmuşdur. SSRİ Hərbi Qüvvələrinin 50, 60, 70 illiyi, Qələbənin 30, 40, 50 illiyi medalları ilə təltif olunmuşdur. 1953-1997-ci illərdə Lənkəran TKQ-da poçtalyon vəzifəsində işləmişdir. Təqaüdçüdür. Hazırda Lənkəran şəhərində yaşayır. |
|
Osmanov Abdulbağı Əlibəy oğlu 1918-ci ildə Dağıstan MSSR-in Doqquzpara rayonunun Quruş kəndində anadan olub. 1926-cı ildə İsmayıllı rayonun Topçu kəndində 4 sinif qurtarıb. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Döyüş yolunu Rostovdan başlamış Berlində qurtarmışdır. Müharibədə iştirakına görə «Qafqazın müdafiəsi uğrunda» medalı, «Almaniya üzərində qələbə» medalı, «Faşizm üzərində qələbənin» 20, 25, 30, 40, 50 illiyi ilə əlaqədar yubiley medalları, «Rəşadətə görə 2-ci dərəcə» ordeni, SSRİ silahlı qüvvələrinin 60, 70 illiyi ilə əlaqədar yubiley medalları ilə təltif olunmuşdur. 1942-ci ildən Qusar rayon poçt şöbəsində feldyeger, 1946-cı ildə müharibədən qayıtdıqdan sora rabitədə işini davam etmişdir, Qusar RQ-da radiotexnik, 3 nömrəli sahədə sahə rəis müavini, elektro-mexanik vəzifələrində 1985-ci ilə kimi işləmişdir. Təqaüdçüdür. Hazırda Qusar rayonunda yaşayır. |
|
Qasımov Ənvər Fərəc oğlu 1929-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsini bitirmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası Prezidenti H.Əliyevin sərəncamına əsasən Qələbənin 55 illiyi şərəfinə «Müharibə Veteranı» nişanı ilə təltif olunmuşdur. 1999-2004-cü illərdə KMTQ-də Xüsusi şöbənin mühəndisi vəzifəsində işləmişdir. 2004-cü ilin iyul ayında vəfat etmişdir. |
|
Poluxina Nadejda Prokofyevna 1920-ci ildə Kuybışev vilayətinin Krasnoselski rayonunda anadan olub. Orta təhsillidir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1942-45-ci illərdə Ukrayna cəbhəsində döyüşmüşdür. 1942-45-ci illərdə 2-ci dərəcəli ordenlə, «Faşizm üzərində qələbənin» 20, 40, 55 illiyi medalları, «Qafqazın müdafiəsi» medalı ilə təltif olunmuşdur. Müharibədən sonra 1945-1994-ci illərdə BŞTQ-də telefonçu, təlimatçı, nəzarət xidmətinin əməliyyatçısı vəzifələrində işləmişdir. Təqaüdçüdür. Hazırda Bakı şəhərində yaşayır. |
|
Baxşiyeva Mariya Nikolayevna 1926-cı ildə Tbilisi şəhərində anadan olub. Orta təhsillidir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1941-1947-ci illərdə Tbilisi şəhərinin məxfi hərbi zavodunda işləmişdir. 1941-45-ci il müharibəsində iştirakına görə medalı ilə təltif olunmuşdur. 1955-1984-cü illərdə BŞTQ-də komutator sexinin telefonçusu, briqadiri, növbə rəisi vəzifələrində işləmişdir. Təqaüdçüdür. Hazırda Bakı şəhərində yaşayır. |
|
Mərdanov Ələddin Əbülvəz oğlu 1924-cü ildə Qusar rayonunun Xuray kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Ukrayna, Moldaviya, Rumıniya cəbhələrində döyüşüb. «Almaniya üzərində Qələbə» medalı, Qələbənin 50, 55 illiyi yubiley medalları ilə təltif olunmuşdur. 1973-1987-ci illərdə Qusar TKQ-nın rəisi vəzifəsində işləmişdir. Təqaüdçüdür. Hazırda Qusar rayonunda yaşayır. |