Sitemap Feedback

Rəhbərlik  

Məhəmməd Əsgər oğlu Məmmədov
Baş direktor

1957-ci ildə Naxçıvan MR Babək rayonunun Bulqan kəndində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. Texnika elmləri namizədidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

M.Ə.Məmmədov 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakultəsini “Avtomatik elektrik rabitəsi ” ixtisası üzrə bitirmişdir.

M.Ə.Məmmədov 1979-cu ildən rabitə sahəsində işləyir.

1979-1987-ci illərdə - ATS-61/62-də elektrik mexaniki, mühəndis, ATS-66/67-də böyük mühəndis, Stansiya xidmətinin rəisi;

1987-1989-cu illərdə Bakı şəhəri Oktyabr Telefon Qovşağının baş mühəndisi;

1989-cu ildən avqust 1990-cı il, 1992-1994, 1997-1999-cu illərdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühəndisi;

1996-1997-ci illərdə “Azərrabitəlayihə” Layihə Axtarış Kontorunun rəisi;

1997-ci il avqust 1999-cu il avqust BTRİB baş mühəndis;

Avqust 1999-cu il tarixdən may 2004-cü il tarixədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsində işləmişdir.

04.05.2004-cü il tarixdən “Aztelekom”İB-nin baş direktoru təyin edilib.

M. Məmmədov “Rabitə Dünyası” qəzetinin keçirdiyi sorğuya əsasən 2000-ci ilin və 2001-ci ilin yekunlarına görə iki dəfə “İlin Birlik Rəisi” nominasiyasına qalib cıxmışdır.

M.Ə.Məmmədova 2001-ci ildə “Rabitə Ustası” fəxri adı verilmişdir.

M.Məmmədov rabitə texnologiyasının müxtəlif sahələrinə dair 150-dən çox səmərələşdirici təkliflər vermişdir. Daim elmi axtarış aparan M.Məmmədov 12 elmi məqalənin, o cümlədən 2 ixtira və 3 kitabın müəllifidir. Müxtəlif vaxtlarda telekommunikasiyanın inkişafına dair Respublika və Beynəlxalq Konfranslarda elmi məruzələrlə çıxış etmiş, dairəvi masanın işinə rəhbərlik etmişdir.

M.Məmmədov Rabitənin İnkişafı üzrə Regional Əməkdaşlıq Şurasının Fəxri Fərmanına, Azərbaycan Jurnalistlər İttifaqının Diplomuna və digər mükafatlara layiq görülmüşdür.

Evlidir, 6 uşağı vardır.