Sitemap Feedback

Beynəlxalq və şəhərlərarası rabitə xidmətləri  

AzTelekom IB istifadəçilərinə Azərbaycan respublikasının istənilən regionundan şəhərlərarası telefon xidmətlərini təklif edir. Belə ki, avtomatik və ya sifarişli xidmət növündən istifadə edərək abunəçi dünyanın istənilən nöqtəsi ilə əlaqə yarada bilər.

Beynəlxalq zənglər AzTelekom abunəçilərinə 24 saat ərzində dünyanın istənilən nömrəsinə zəng etməyə imkan verir. Bu xidmətdən həm avtomatik beynəlxalq zənglər xidməti, həm də operator vasitəsi ilə istifadə eləmək olar.

«107» - Sifarişli şəhərlərarası və beynəlxalq rabitə xidməti

Hazırda bu xidmətdən minlərlə abunəçi istifadə edir. Telefonun avtomatik şəhərlərarası çıxışı («0») bağlı olduğu halda sadəcə «107» yığmaqla şəhərlərarası və beynəlxalq istiqamətlərdə danışıq sifariş verilə bilər. Sifariş həmin an və yüksək keyfiyyətlə həyata keçirilir. Əvvəlcədən sifariş verməklə hətta telefon olmayan yerlərlə əlaqə yaratmaq mümkündür. Yəni, bu xidmət vasitəsilə istifadəçinin MDB məkanında istənilən ünvana əsasən rabitə yaratmaq imkanlı var. «107» Sifarişli rabitə xidməti abunəçilər üçün rahatlıq deməkdir. Xüsusən «0»-a çıxışı bağlı olan və şəhərlərarası və beynəlxalq rabitə xidmətlərindən az istifadə edənlər üçün bu xidmət çox əlverişlidir.

Telefondan aylıq istifadəyə görə tariflər
Bir telefon nömrəsindən istifadəyə görə aylıq abunə haqqı
Əhali üçün 2 manat
Büdcə təşkilatları üçün 3 manat
Digər abunəçilər üçün 7 manat
Cütləşdirilmiş telefonlara görə aylıq abunə haqqı 1 manat 20 qəpik
Başqa idarə və müəssisələrin balansında olan ATS-dən ümumistifadəli telefon şəbəkəsinə çıxışı olan hər telefona görə aylıq abunə haqqı 1 manat 50 qəpik
Çıxış rabitəli (birtərəfli) telefon üçün aylıq abunə haqqı 2 manat
Əsas telefon aparatına 2-dən artıq paralel qoşulmuş hər bir telefon aparatından istifadəyə görə aylıq abunə haqqı (Müəssisə və təşkilatlar üçün) 40 qəpik
Birləşdirici xətt vasitəsi ilə digər ATS ərazisində işləyən telefonun aylıq abunə haqqı:
Əhali üçün 6 manat
Büdcə təşkilatları üçün 3 manat
Digər abunəçilər üçün 12 manat
Rayon mərkəzindən kəndlərə kənd ATS-nin birləşdirici xətləri vasitəsilə (fiziki xətt və kanal) çəkilmiş telefonun (abunə haqqından əlavə) hər km xətti üçün aylıq abunə
Əhali üçün 5 qəpik
Müəssisə və təşkilatlar üçün 10 qəpik
Şəhərdən kənarda yerləşən abunəçinin, eyni zamanda, şəhərin telefon stansiyasına qoşulmasına görə, aylıq abunə haqqından əlavə şəhərin hüdudlarına qədər olan xəttin tam və ya natamam km-i üçün aylıq abunə haqqı
Əhali üçün 10 qəpik
Müəssisə və təşkilatlar üçün 20 qəpik
Müvəqqəti telefonların aylıq abunə haqqı
Əhali və büdcə təşkilatları üçün 7 manat
Digər abunəçilər üçün 11 manat
Birləşdirici xətt vasitəsilə çəkilmiş müvəqqəti telefonların aylıq abunə haqqı
Əhali üçün 8 manat
Büdcə təşkilatları üçün 11 manat
Digər abunəçilər üçün 18 manat
Qeyd:
Rəsmi bayram günlərində sabit şəbəkə operatorları maliyyə imkanları daxilində şəhər və kənd telefon rabitəsi xidmətlərinin tariflərinə müəyyən güzəştlər tətbiq edə bilərlər.

Bu tariflər mülkiyyət formasından asılı olmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarına şamil olunur.

Bütün kateqoriyadan olan (əhali, büdcə və qeyri-büdcə) şəhər və kənd abunəçiləri üçün telefondan aylıq istifadəyə görə müəyyən edilmiş yeni tariflər 01 iyun 2007-ci iltarixindən tətbiq edilir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.
Tarif zonaları Tarif 1 dəqiqə/manat (ƏDV daxil olmaqla)
Şəhərlərarası danışıqlar 7 qəpik
MDB və Baltikyanı ölkələr 36 qəpik
İran, Türkiyə 45 qəpik
Avropa, Amerika və digər ölkələr 54 qəpik

Adi tariflərə həftənin bütün günləri saat 00:00-dan 08:00-dək 25% güzəşt tətbiq edilir.

Tarif zonaları Güzəştli tarif 1 dəqiqə/manat (ƏDV daxil olmaqla)
MDB və Baltikyanı ölkələr 27 qəpik
İran, Türkiyə 34 qəpik
Avropa, Amerika və digər ölkələr 41 qəpik