«Evə zəng» danışıq sistemi
Müştəri şəhərlərarası danışıq haqqının zəng olunanın hesabına ödənilməsini istəyirsə
- «125»-i yığır, anonsa uyğun olaraq əvvəlcə «*» düyməsini, sonra şəhər (kənd) kodunu, telefon nömrəsini, təsdiq üçün «#» düyməsini daxil edir və qoşulmanı gözləyir.
- Bu zaman danışıq haqqının zəng olunanın hesabına ödəniləcəyi haqda zəng olunana avtomatik məlumat verilir.
- Zəng olunan ona gələn zəngin haqqını ödəməyə razı olduğunu 2 dəfə «*» düyməsini daxil etməklə bildirdikdə, qoşulma baş verir və danışıq aparılır.
- Danışıq haqqı zəng edilən abunəçinin hesabına yazılır.