Sitemap Feedback

108 danışıq sistemi  

NAT olmayan kənd ATS-lərinin beynəlxalq və şəhərlərarası danışıq sisteminə qoşulması üçün “Geriyə zəng danışıq sistemi” yaradılmışdır. Bu sistemin köməkliyi ilə abonentlər “108” yığmaqla beynəlxalq və şəhərlərarası çıxış alırlar.

108 - “Geriyə zəng” danışıq sistemindən istifadə qaydaları

  • Abonent “108” nömrəsinə zəng edir. Anonsa uyğun olaraq əvvəlcə “*” düyməsini, sonra özünün şəhər (və ya kənd) kodunu, telefon nömrəsini və “#” düyməsini daxil edir. Sonra dəstəyi asır geriyə zəngi gözləyir.
  • Sistem abonentə zəng edir və abonent dəstəyi qaldırır. Sonra anonsa uyğun olaraq abonent əvvəlcə “*” düyməsini, sonra zəng edəcəyi ölkənin və şəhərin kodunu, telefon nömrəsini və “#” düyməsini daxil edir.
  • Mərkəz kommutasiya yaradır və “A” və “B” abonentləri danışıq aparırlar.