Şəhərlərarası və beynalxalq telefon danışıq haqlarının plastik kart vasitəsi ilə bankomatlarda odənilməsi sistemi
Regionların inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması üzrə dövlət proqramına uyğun olaraq RİTN və onun şəxsində «Aztelekom» İB Bakı şəhərində və bölgələrdə vətəndaşların müxtəlif çeşidli rabitə xidmətlərinə olan tələbatının onları qane edən şərtlərlə ödənilməsi istiqamətində hazırda böyük işlər görür.
Son dövrlərdə plastik kart bazarının inkişafı və genişləndirilməsi ilə əlaqədar dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin 09.12.2004-cü il tarixli Fərmanı ilə «Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı» təsdiq edilmişdir. Proqramda nəzərdə tutulan ən mühüm tədbirlərdən biri plastik kart bazarının inkişaf etdirilməsidir.
Bununla bağlı şəhərlərarası və beynəlxalq danışıqlara görə abunəçilər tərəfindən bankomatlarda plastik kart vasitəsi ilə ödənişlərin aparılması günün tələbinə çevrilmişdir.Bunu nəzərə alaraq bu sahədə «Aztelekom» İB-nin mütəxəssisləri tərəfindən tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Sistemin təşkili məqsədi ilə «Aztelekom» İB, Kapital Bank, Məlumat Hesablama Mərkəzi, «Azərikart» MMC müəssisələrinin mütəxəssisləri ilə birgə müzakirələr aparılmış və razılaşma protokolu imzalanmışdır.
Sənədlərə əsasən, ödəniş sisteminin ilkin mərhələdə Bakı şəhərində, sonradan isə Sumqayıt, Abşeron və digər rayonlarda tətbiqi nəzərdə tutulmuşdur.
Plastik kart vasitəsi ilə ödəniş sisteminin Bakı şəhərində tətbiqi 2006-cı ilin yanvarından başlanılmış və hazırda müvəfəqiyyətlə həyata keçirilir.
Bu sistemin mahiyyəti ondan ibarətdir ki, abunəçilər şəhərlərarası və beynəlxalq danışıq haqlarını ödəmək üçün abunə şöbələrinə gəlmədən Kapital Bankın Bakı şəhərində yerləşən bankomatlarında plastik kart vasitəsi ilə ödəniş apara bilərlər.
Sistemin tətbiqinin aşağıdakı üstünlüklərini qeyd etmək istərdik:
- Nağdsız ödənişin aparılması
- Vaxta qənaət edilməsi
- Abunəçilərin rahatlığının təminatı
Bütün abunəçilərə bu mütərəqqi ödəniş sistemindən istifadə etməyi tövsiyyə edirik.
Bankomatlar vasitəsi ilə ödənişin aparılma qaydası və onların respublika ərazisində yerləşmə siyahısı haqqında məlumat almaq üçün aşağıdakı linkıərdən istifadə edə bilərsiniz.