
CDMA
Bu rabitə sistemi 1993-cü ildə Amerika Telekommunikasiya sənayesi assosiasiyasında İS-95 standartına uyğun olaraq standartlaşdırılmışdır. Hazırda bu ən müasir mobil telefon sistemi hesab olunur. CDMA texnologiyası İTU tərəfindən 3-cü nəsil mobil rabitə sisteminin hazırlanması üçün əsas kimi tövsiyyə olunmuşdur. Aşağıdakı səbəblərə görə əksər sahələrdə GSM-dən yeni CDMA standartına keçilir: Səs və danışığın yüksək keyfiyyətlə ötürülməsi: CDMA texnologiyası da adi kabel rabitəsində olduğu kimi, yüksək keyfiyyətlə danışığın və səsin ötürülməsini təmin edir.
Bundan əlavə, CDMA fon maneələrini, paralel kanallar arası danışıqları və digər maneələri dəf edərək informasiyanın məxfiliyinin saxlanmasını və rabitənin keyfiyyətini artırır. Enerjinin daha az sərfiyyatı: CDMA telefonları ilə verilənlərin ötürülməsi zamanı digər texnologiyalarda istifadə olunan telefonlara nisbətən daha az enerji sərf olunur ki, bu da batareyanın işləmə müddətinin, danışığın davametmə müddətinin və gözləmə vaxtının artmasına səbəb olur.
Kiçik batareyalardan istifadə edilməsi istehsalçılara həcmcə balaca və yüngül telefonların istehsal olunmasına imkan yaradır. Danışıq kəsintilərinin sayının az olması: CDMA sistemin tam yüklənməsinin nəticəsi olan paralel və kəsilən danışıqları, xəttlərin məşğulluğu haqqında siqnalların qarşısını virtual olaraq alır və bununla da sistemin buraxma qabiliyyətini artırır.
Əlavə xidmətlər: CDMA vasitəsilə rəqəmsal idarə olunan kanallardan istifadə olunması zəng edən abonentin təyini, operativ məlumatların və verilənlərin ötürülməsi də daxil olmaqla, istifadəçilərə yeni xidmətlərdən geniş istifadə üçün imkan yaradır. Siqnal spektrinin genişləndirilməsi süni maneələrin qarşısını aldığından təsadüfi deyil ki, CDMA hərbi rabitə sistemlərində geniş istifadə edilir.
| Ayda 300 dəqiqə giriş-cıxış lokal danışıq limiti ilə istifadə paketi | ||
| 1.1. Bakı, Abşeron Sumqayıt ərazilərində yerli telefonlardan və taksofonlardan aparılan danışıqlar üçün | ||
| N | Xidmətin adı | Tarif, manat (ƏDV daxil olmaqla) |
| 1 | Nömrənin qoşulma haqqı | 20 |
| 2 | Aylıq abunə haqqı | 2 |
| 3 | Limitdən artıq aparılmış hər 1 giriş-çıxış danışıq dəqiqəsinin qiyməti | 1 qəpik |
| 4 | Şəhərlərarası beynəlxalq və mobil zənglər | Mövcüd tariflər əsasında |
| 3 | 101, 102, 103, 104 xüsusi xidmətlərdən istifadə haqqı | Pulsuz |
| 4 | Sürətli İnternetdən 1 MB trafikə görə istifadə haqqı | 4 qəpik |
| 3 | 1 servis xidmətindən aylıq istifadə haqqı | 12 qəpik |
| Aylıq limitsiz istifadə paketi | ||
| N | Xidmətin adı | Tarif 1 dəqiqə/manat (ƏDV daxil olmaqla) |
| 1 | Nömrənin qoşulma haqqı | 20 |
| 2 | Aylıq abunə haqqı | 10 |
| 3 | Şəhərlərarası beynəlxalq və mobil zənglər | Mövcüd tariflər əsasında |
| 4 | 101, 102, 103, 104 xüsusi xidmətlərdən istifadə haqqı | Mövcüd tariflər əsasında |
| 4 | Sürətli İnternetdən 1 MB trafikə görə istifadə haqqı | 4 qəpik |
| 3 | 1 servis xidmətindən aylıq istifadə haqqı | 12 qəpik |
