
AzTelekom IB öz istifadəçilərinə Azərbaycan respublikasının istənilən regionundan şəhərlərarası telefon xidmətlərini təklif edir. Avtomatik və ya sifarişli xidmət növündən istifadə edərək abunəçi dünyanın istənilən nöqtəsi ilə əlaqə yarada bilər.
Beynəlxalq zənglər AzTelekomun abunəçilərinə günün 24 saat ərzində dünyanın istənilən nömrəsinə zəng etməyə imkan verir. Bu xidmətdən həm avtomatik beynəlxalq zənglər xidməti, həm də operator vasitəsi ilə istifadə eləmək olar.
«107» - Sifarişli şəhərlərarası və beynəlxalq rabitə xidməti.
Hazırda bu xidmətdən minlərlə abunəçi istifadə edir. Sadəcə «107» yığmaqla telefonunun avtomatik şəhərlərarası çıxışı («0») bağlı olduğu halda şəhərlərarası və beynəlxalq istiqamətlərdə danışıq sifariş verilə bilər. Sifariş həmin anda və yüksək keyfiyyətlə həyata keçirilir. Əvvəlcədən sifariş verməklə hətta telefon olmayan yerlərlə əlaqə yaratmaq mümkündür. Yəni MDB məkanında istənilən ünvana əsasən rabitə yaratmaq imkanlığı vardır. «107» Sifarişli rabitə xidməti abunəçilər üçün rahatlıq deməkdir. Xüsusən «0»-a çıxışı bağlı olan və şəhərlərarası – beynəlxalq rabitə xidmətlərindən az istifadə edənlər üçün bu xidmət çox əlverişlidir.
