Xəbərlər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı soyqımı qurbanları anılıb

26.02.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı soyqımının 24 illiyi ilə əlaqədar rabitəçi xocalılarla görüş keçirilib.  

 

Xocalı faciəsinin anıldığı tədbirdə bu unudulmaz tarixi günlərdə vətənin və xocalıların müdafiəsi uğrunda rabitəçilərin qəhrəmanlığıdan söz açılıb. Qeyd olunub ki, onların bu fədakarlığı unudulmur və hər bir rabitəçi üçün böyük bir örnəkdir.  

“585 - Daşınan şəhər telefon nömrəsi xidməti” ilə rayonlarla şəhərlər arasında limitsiz danışmaq mümkündür

18.02.2016
Artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan telefonla danışa bilər. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən yeni xidmətlərdən biridir.

Dünyada internet istifadəçilərinin sayı 3.2 milyard nəfər təşkil edir

18.02.2016

Dünya Bankının müasir informasiya texnologiyalarından istifadəyə dair yeni hesabatına əsasən, planet əhalisinin təxminən 1.1 milyardı internetə yüksəksürətli çıxış imkanına malikdir, “Ümumdünya Hörümçək Toru”nun istifadəçilərinin ümumi sayı isə 3.2 milyard nəfər təşkil edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apellyasiya Şurasının ilk iclası keçirildi

17.02.2016

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.

Görülən 97 - 100 qədər, 1151 xəbərdən