Xəbərlər

Azərbaycanın 135 ölkə arasında seçilən mobil proqramı Barak Obamanın iştirakı ilə ABŞ-da keçirilən “2016 GİST-İ” beynəlxalq müsabiqəsinin yarımfinalına çıxıb

31.03.2016

Azərbaycandan olan layihə ABŞ-da keçirilən "2016 GİST-İ" beynəlxalq müsabiqəsinin yarımfinalına çıxıb.
 
135 ölkə arasında keçirilən müsabiqədə ümumilikdə 1075 ərizə qəbul olunub. Azərbaycandan təqdim olunan "HealthBox" adlı innovativ layihə beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilib.

Dünyada ən böyükölçülü planşet kompüteri satışa çıxarılıb

30.03.2016

“Microsoft”  şirkəti hələ 2015-ci ilin iyununda 84 düymlük “Surface Hub” planşet kompüterini təqdim edib və qurğu həmin ilin sentyabrında satışa çıxarılmalı idi.

“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, ancaq qurğunun çıxarış tarixi əvvəlcə 2016-cı ilin yanvarına keçirilsə də,  “Surface Hub” planşet kompüteri yalnız bu həftə satışa çıxarılıb.

Mühəndislər suyun altında aylarla qala bilən dron hazırlayıblar

28.03.2016

ABŞ-ın Con Hopkins Universitetinin alimləri uzun müddət suyun altında qalan və dərinlikdən uça bilən ilk pilotsuz aparat kəşf ediblər. “CRACUNS” adlanan aparat “3D” printerin köməyi ilə çap edilən detallardan yaradılıb ki, bu da onun ərsəyə gəlmə xərclərini minimuma endirib.

Novruz bayramınız mübarək!

18.03.2016

Hörmətli rabitəçilər!

Sizi yurdumuz Azərbaycanın ən sevimli  bayramlarından olan Novruz bayramı munasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
Bu bahar bayramında bütün arzu və istəkləriniz çin olsun.

Görülən 81 - 84 qədər, 1151 xəbərdən