Xəbərlər

Yaponiyada barmaq izinin köməyi ilə ödəniş etmək mümkün olacaq

12.04.2016

Cari ilin yayında Yaponiya hökuməti tərəfindən sınaqdan keçiriləcək yeni sistem ölkəyə səyahət edən turistlərə alış-veriş zamanı barmaq izinin köməyi ilə ödəniş etməyə imkan verəcək. Pilot layihənin əsas məqsədi cinayətkarlığın səviyyəsini azaltmaq, həmçinin turistləri öz üzərində pul kisəsi, “NFC” çiplə təchiz edilmiş smartfon daşımaqdan xilas etməkdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, Yaponiyaya səyahət edən turistlərə birbaşa aeroportda barmaq izlərinin qeydə alınaraq bank kartının məlumatlarına bağlanması təklif ediləcək.

Şirkətlərə saxta elektron məktublara görə 2,3 milyard dollar ziyan dəyib

11.04.2016

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) cinayətkarların şirkət əməkdaşlarına rəhbərlik adından guya imzalanan sazişlərə görə pulköçürməsi ilə bağlı sorğuların göndərildiyi kiberfırıldaqçılıq növünün sürətlə yayılmasını açıqlayıb. Əslində isə vəsaitlər hakerlərin hesabına köçür.

Beynəlxalq onlayn ensiklopediyada müxtəlif dillərdə Azərbaycan haqda məlumatların sayı artırılacaq

08.04.2016

Azərbaycan vikimediaçıları” istifadəçi qrupu istifadəçiləri 29 Mərkəzi və Şərqi Avropa “Vikipediyası”nda paralel keçirilən “Vikibahar 2016” məqalə müsabiqəsində iştiraka dəvət edir.

Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşüb

07.04.2016

Aprelin 7-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərində vətəndaşlarla regional görüşündən öncə Tərtər və Goranboy rayonlarına baş çəkib. Nazir rayon ATS və Poçt şöbələrinin əməkdaşları ilə görüşüb və iş fəaliyyəti ilə tanış olub.

Görülən 73 - 76 qədər, 1151 xəbərdən