Xəbərlər

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi

18.04.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın açılış mərasimi keçirilib.

Yeni qurğu iflic insana əlin funksiyalarını bərpa etməyə imkan verib

15.04.2016

ABŞ alimlərinin hazırladığı texnologiya iflic insana əlin funksiyalarını bərpa etməyə imkan verib. "ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, İen Berkhart suya baş vurarkən onurğasının boyun şöbəsini sındırıb və əl-ayağı iflic olub. Dörd il sonra Ohayo Universiteti və Battel Memorial İnstitutunun əməkdaşları 24 yaşlı xəstəni yeni texnologiyanın sınağı üçün dəvət ediblər.

Yaponiyada barmaq izinin köməyi ilə ödəniş etmək mümkün olacaq

12.04.2016

Cari ilin yayında Yaponiya hökuməti tərəfindən sınaqdan keçiriləcək yeni sistem ölkəyə səyahət edən turistlərə alış-veriş zamanı barmaq izinin köməyi ilə ödəniş etməyə imkan verəcək. Pilot layihənin əsas məqsədi cinayətkarlığın səviyyəsini azaltmaq, həmçinin turistləri öz üzərində pul kisəsi, “NFC” çiplə təchiz edilmiş smartfon daşımaqdan xilas etməkdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, Yaponiyaya səyahət edən turistlərə birbaşa aeroportda barmaq izlərinin qeydə alınaraq bank kartının məlumatlarına bağlanması təklif ediləcək.

Şirkətlərə saxta elektron məktublara görə 2,3 milyard dollar ziyan dəyib

11.04.2016

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) cinayətkarların şirkət əməkdaşlarına rəhbərlik adından guya imzalanan sazişlərə görə pulköçürməsi ilə bağlı sorğuların göndərildiyi kiberfırıldaqçılıq növünün sürətlə yayılmasını açıqlayıb. Əslində isə vəsaitlər hakerlərin hesabına köçür.

Görülən 69 - 72 qədər, 1149 xəbərdən