Xəbərlər

Detalları çap edilən ilk aviamühərriklər istehsal olunub

25.04.2016

ABŞ-ın “GE Aviation” və Fransanın “Snecma” şirkətlərinin “CFM international” birgə müəssisəsi “LEAP-1A” ikikonturlu turboreaktiv mühərrikinin ilk iki seriyasını Avropanın “Airbus" təyyarə istehsalçısına çatdırıb. Bu barədə “General Electric” şirkətinin məlumatında deyilir. “A320neo” sərnişin təyyarəsində quraşdırılması nəzərdə tutulan yeni mühərrik dünyanın çap edilmiş detalların istifadə olunduğu ilk seriyalı aviasiya güc qurğusudur.    

İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

23.04.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik,  peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

2015-ci ildə məxfi məlumatların itkisi üzrə 1500-dən çox fakt qeydə alınıb

22.04.2016

“InfoWatch” şirkətinin analitik mərkəzinin məlumatına görə, 2015-ci ildə məxfi məlumatların itkisi üzrə 1505 fakt qeydə alınıb ki, bu da ötən illə müqayisədə 7.8% yüksək göstəricidir.

2015-ci ildə işçi heyətin ehtiyatsızlığı və xarici kiberhücumlar məlumatların itkisinə əsas səbəb kimi göstərilib.

Mobil ödənişlər 10 ilə nağd və kart əməliyyatlarını üstələyəcək

21.04.2016

Britaniyanın “Co-op” supermarketlər şəbəkəsi yaxın illərdə mobil ödənişlərdən istifadənin sürətlə artacağını proqnozlaşdırır. Şirkətin proqnozuna görə, mobil telefonlar vasitəsilə həyata keçirilən kontaktsız tranzaksiyalar təkcə nağd hesablaşmaları deyil, həm də hazırda artımı müşahidə edilən kart əməliyyatlarını üstələyə biləcək. Şirkət bu qənaətə 2800 mağazaya və 120 min ödəniş terminalına malik şəbəkəsində istehlakçıların davranışını və ticarət tendensiyalarını tədqiq etdikdən sonra gəlib.

Görülən 65 - 68 qədər, 1152 xəbərdən