Xəbərlər

Azərbaycan nümayəndə heyəti İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində iştirak edir

03.05.2016

Cari ilin 2-6 may tarixlərində Cenevrədə (İsveçrə) “WSIS -2016” - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World  Summit on the Information Society) öz işinə başlayıb.

Nazir Şamaxıda vətəndaşları qəbul edəcək

02.05.2016

 Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  05 may 2016-cı il tarixdə saat 1200 -da Şamaxı şəhərində  Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında  yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Dünyada ilk dəfə tam funksional elastik smartfon nümayiş etdirilib

02.05.2016

Çin şirkəti qrafen əsasında hazırlanmış “OLED” displeyə malik ilk elastik smartfonu ictimaiyyətə nümayiş etdirib. Məlumat üçün bildirək ki, qrafen bir atom qalınlığında olan karbon lövhəsindən ibarət və xüsusi möhkəmliyi (bu göstərici üzrə polad materialını 200 dəfə ötür), həmçinin yüksək elektrik keçiriciliyi və elastikliyi ilə fərqlənən ikiölçülü materialdır.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat "Elektron hökumət" portalı üzərindən aparılır

29.04.2016

2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı, əvvəlki illərdən fərqli olaraq, seçmə turlar keçirilməyəcək. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq.

Görülən 57 - 60 qədər, 1151 xəbərdən