Xəbərlər

Masaüstü kompüterlər üçün ilk 10 nüvəli prosessor təqdim edilib

01.06.2016

“Intel” korporasiyası masaüstü prosessorlar üzrə istehsal xəttində 10 nüvəli ilk çipini təqdim edib. Bu, şirkət tərəfindən buraxılmış ən güclü masaüstü prosessordur. “Intel Core i7-6950X Extreme Edition” adlandırılmış çipin dəyəri 1723 ABŞ dolları təşkil edir.

Texniki xarakteristikalar

İşləmək ZAMANIDIR

27.05.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə elektron hökumət xidmətləri, peyk sənayesi,  startapların təşviqi haqqında  nüfuzlu “THE BUSİNESS YEAR” jurnalına danışıb.

Rusiya ilə rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə edilib

25.05.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Regional Rabitə Birliyinin növbəti iclasları çərçivəsində Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə görüşüb.

Tərəflər rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi ətrafında, eləcə də, iki ölkə arasında informasiya texnologiyaları, poçt rabitəsi və informasiya təhlükəsizliyi sahəsində müzakirələr aparıblar.

“Google” smartfonda eksperimentlər aparmaq üçün servis istifadəyə verib

24.05.2016

Müasir smartfonlar çoxsaylı müxtəlif ötürücü və sensorlarla təchiz edilib ki, onların da bəzilərinin mövcudluğu barədə istifadəçilərin, ümumiyyətlə, məlumatı yoxdur. “Google” şirkətinin nümayəndələri hesab edirlər ki, bütün bu ötürücülərdən eksperiment və tədqiqatlar aparmaq üçün elmi məqsədlərlə istifadə etmək olar. Belə ki, “I/O 2016” proqram tərtibatçıları konfransı çərçivəsində təqdim edilən yeni "Science Journal” xidmətinin köməyi ilə bütün smartfon sahibləri elmi layihələr apara, proqnozlar tərtib edə, sınaqlar keçirə və əldə olunan məlumatları təhlil edə bilər.


Görülən 45 - 48 qədər, 1151 xəbərdən